Yapon qaraçöhrəsi
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.